Qırışların aradan qaldırılmasında və eləcə də, digər estetik prosedurlarda ən təsirli və görünən nəticələrə nail olmaq üçün tibb elminə əsaslanaraq yalnız təcrübədən keçirilmiş və ən əsası orqanizm üçün heç bir təhlükəsi olmayan müalicələr təklif edirik. Cildin cavanlaşdırılması, qırışların aradan qaldırılması ilə yanaşı, bir çox estetik dəri problemlərinə qarşı ən son texnologiyalar ilə həllər təklif edirik. Estetik sahədə 18 ildən çox təcrübəyə malik olan həkim-kosmetoloq Fəridə Qasımova artıq 3 ildən çoxdur ki, Jett Plasma Medical-ın tətbiqində böyük təcrübəyə malikdir. Jett Plasma Medical – bu cihaz qırış nahiyəsinə təbii plazma enerjisi (maddənin 4-cü halı – şimşək enerjisi) tətbiq edir. Nəticədə, həmin nahiyə qabıqlanaraq dəri yenilənir və daha sonra isə dəridə kollagen və elastin bağları möhkəmlənir, cavanlaşma prosesi başlayır.